AZFEN MMC ƏMƏKDAŞLARI SOCAR TƏRƏFİNDƏN FƏXRİ FƏRMANLARLA TƏLTİF OLUNDUtəltif olundu

Azfen MMC əməkdaşları SOCAR tərəfindən fəxri fərmanlarla təltif olundu

Bu gün “Neftçilər Günü” peşə bayramı münasibətilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən neft-qaz sənayesindəki səmərəli fəaliyyətlərinə və peşəkar xidmətlərinə görə Azfen MMC-nin bir qrup əməkdaşı fəxri fərmanlarla təltif olunub.

Fəxri fərmanlar SOCAR rəhbərliyi adından şirkətimizin Baş direktorun vəzifəsini icra edən Rəşad Şahməmmədov tərəfindən əməkdaşlara təqdim edilib.

Tədbir zamanı çıxış edən Rəşad Şahməmmədov vurğulayıb ki, “Azfen MMC-nin bu gün qazandığı uğurların əsasını əməkdaşlarımızın fədakarlığı, məsuliyyəti və yüksək peşəkarlığı təşkil edir. SOCAR kimi nüfuzlu qurum tərəfindən bu əməyin qiymətləndirilməsi bizim üçün böyük qürur və motivasiya mənbəyidir. Azfen komandası olaraq tikintisinə başladığımız … mürəkkəb və irimiqyaslı layihələrin təhlükəsiz və keyfiyyətlə icrasına öz töhvəmizi verəcəyik.”

SOCAR-ın fəxri fərmanları və  "Fəxri Neftçi" döş nişanı ilə təltif olunan əməkdaşlarımız:

“Fəxri Neftçi” döş nişanı ilə:
Qəlibçi Məmmədov Bilal Cəfərağa oğlu

“Fəxri Fərman” ilə:
Gürcüstan filialında layihə rəhbəri Hacıyev Teymur Fikrət oğlu
Maliyyə şöbəsinin mütəxəssisi Behbudova Zülfiyyə Orxan qızı

 

Təltif olunan əməkdaşlar göstərilən diqqət və etimada görə SOCAR rəhbərliyinə və Azfen MMC rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Mərasim sonda xatirə fotosu ilə yekunlaşıb.

Bu cür mükafatlandırmalar Azfen MMC-nin insan resurslarının dəyərinə verdiyi önəmin, əməkdaşların əməyinin daim yüksək qiymətləndirilməsinin və şirkətin korporativ dəyərlərinə sadiqliyinin bariz göstəricisidir.

 

 

Kateqoriyalar

  • Bütün məqalələr
  • Xəbərlər
  • Bloq
  • Bilik
  • Sertifikat
  • Treninglər