AZFEN B.M. 1996-cı ilin yanvarında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (60% sahiblik hüququ ilə) və TEKFEN İnşaat və Təsisat A.Ş. (40% sahiblik hüququ ilə) tərəfindən təsis edilmişdir.
Məqsədimiz neft şirkətləri üçün yüksək səviyyəli tikinti və mühəndislik işlərini həyata keçirməkdən ibarətdir. Təcrübə və müasir texnologiyaların tətbiqi bizə Xəzər regionunda neft şirkətlərinə misilsiz xidmət göstərmək imkanı vermişdir. Biz irihəcmli neft layihələri üçün boru kəmərlərinin, platformaların və terminalların tikintisini həyata keçirmişik. Bacarıq və təcrübəmizlə yanaşı, sağlam və təhlükəsiz iş şəraitinə böyük əhəmiyyət veririk.
Hal-hazırda AZFEN fəaliyyətini dünya miqyasında genişləndirməyə çalışır.
"Qərbi Çıraq Layihəsində SƏTƏM üzrə yüksək nailiyyət"
Əsas tikinti işlərinin başlandığı 1 İyul 2010-cu il tarixindən bu günə kimi Layihə 1 000 000 adam-saat qəzasız iş saatı nailiyyətini əldə etmişdir. Tikinti sahəsində çalışan 1700 nəfər işçinin bu cür nailiyyət əldə etməsi həm AMEC-TEKFEN-AZFEN Konsorsiumunun rəhbərliyi, həm layihə rəhbərliyi həm də sifarişçi olan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin rəhbərliyi tərəfindən təqdir edilən nailiyyət kimi qeyd edilmiş, bu münasibətlə bütün işçilərlə görüş keçirilmişdir.
16.01.2011
"Qərbi Çıraq" layihəsi başlamışdır
AMEC-TEKFEN-AZFEN Konsorsiumu AZFEN Bayıl istehsalat sahəsində "Qərbi Çıraq" qazma və neft hasilatı platformasının üst tikililərinin və qazma modulunun tikintisi və yaşayış bloklarının inteqrasiyası layihəsinə başlamışdır.
Layihə 2013-ün Mart ayına kimi davam edəcək.
27.09.2010