DÜNYA STANDARTLARINA CAVAB VERƏN AZFEN BİRGƏ MÜƏSSİSƏSİ
AZFEN B.M. 1996-cı ilin yanvarında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (60% sahiblik hüququ ilə) və TEKFEN İnşaat və Təsisat A.Ş. (40% sahiblik hüququ ilə) tərəfindən təsis edilmişdir.
Məqsədimiz neft şirkətləri üçün yüksək səviyyəli tikinti və mühəndislik işlərini həyata keçirməkdən ibarətdir. Təcrübə və müasir texnologiyaların tətbiqi bizə Xəzər regionunda neft şirkətlərinə misilsiz xidmət göstərmək imkanı vermişdir. Biz irihəcmli neft layihələri üçün boru kəmərlərinin, platformaların və terminalların tikintisini həyata keçirmişik. Bacarıq və təcrübəmizlə yanaşı, sağlam və təhlükəsiz iş şəraitinə böyük əhəmiyyət veririk.
Hal-hazırda AZFEN fəaliyyətini dünya miqyasında genişləndirməyə çalışır.
LAYİHƏLƏR
İqtisadi və Statistik göstəricilər
SİFARİŞÇİLƏR
British Petroleum (BP)
BP Səngəçal Terminalının Genişləndirilməsi Proqramının operatorudur. AZFEN və TEKFEN bu layihə üçün tikinti işlərini yerinə yetirmişdir. BP və AZFEN arasındakı qarşılıqlı hörmət və etibar sayəsində layihə uğurla başa çatmışdır. AZFEN AMEC və TEKFENlə birlikdə Kompressiya və Suvurma Platforması, Texnoloji Avadanlıqlar, Kompressiya, Suvurma və Məişət Avadanıqları Platforması kimi digər irihəcmli layihələrdə də iştirak etmişdir.
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ)
ABƏŞ bizim ilk sifarişçimiz olub. 1996-cı ildə onlarla ilk müqavilənin imzalandığı gündən bəri bir sıra uğurlu layihələri həyata keçirmişik. Bu layihələrə Yataqların Tammiqyaslı İşlənməsi Layihəsi, Səngəçal Terminalının Genişləndirilməsi Proqramı və İlkin Neft Layihəsi, CWP (Kompressiya və Suvurma Platforması) Üst Tikililərinin Emalatı, PCWU (Texnoloji Proseslər, Kompressiya, Suvurma və Məişət Avadanlıqları) Platforması Layihəsi/AÇG FFD-C-1006 Faza 3, COP-WC (Çıraq Neft Layihəsi - Qərbi Çıraq Platformasının Üst Tikililəri, Qazma Qurğularının Emalatı və Yaşayış Bloklarının İnteqrasiyası) layihəsi daxildir.
SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti)
''Şahdəniz'' qazının ölkə ərazisində nəqli üçün nəzərdə tutulmuş Səngəçal-Qazıməmməd 1220 mm diametrli 48” qaz kəmərinin tikintisi 1 Noyabr 2006-cı il tarixində başlamışdır. Qaz kəmərinin marşrutu çətin keçilən ərazilərdən keçməklə yanaşı, 3 mühüm boru xətti ilə - BTC (Bakı-Tbilisi-Ceyhan), Bakı-Ərzurum qaz kəməri və Qərb Neft İxracı Kəməri ilə kəsişir. Tikintinin sifarişçisi SOCAR-ın Qaz əməliyyatları idarəsi olmuşdur. Azfen B.M. bu işləri uğurla həyata keçirmiş və kəmər 15 Iyun 2007-ci il tarixində bütövlükdə istismara verilmişdir. 2017-ci ilin aprelində Azfen B.M. Podratçı qismində Heydər Əliyev adına Neftayırma Zavodunun Rekonstruksiyası və Modernizasiyası layihəsinin icrasına başlamış və layihə 2018-ci ilin iyununda uğurla başa çatdırılmışdır.
WorleyParsons
2017--ci lin aprelində Azfen B.M. sifarişçisi WorleyParsons olan SD1 Genişləndirmə və Ötürücü Xəttin çəkilişi layihəsinin icrası mərhələsi ərzində DBXO (Genişləndirmə və Ötürücü Xəttin çəkilişi) üçün Quruda/Dənizdə Bərpa Olunan Mövcud Obyektə aid ölçülərin yoxlanması, emalat və quraşdırma xidmətlərinin təmini layihəsinin icrasına başlamışdır. Layihənin iş həcmi SD1 və SD2 arasında yeni 18" qaz və 6" kondensat ötürücü xəttinin çəkilişini əhatə etmiş, layihə uğurla başa çatmışdır.